Rəqsanə ağlaya-ağlaya müraciət etdi: “Acınacaqlı durumdayıq, bir-birimizə kömək edək” – VİDEO

20 2020 13:06

ARB TV-nin “Elgizlə İzlə” verilişində Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova ilə telefon bağlantısı qurulub.

Sənətçi karantin dönəmində aztəminatlı ailələrə ərzaq yardımları etdiyini deyib:

“Dünən axşama qədər Moskva şəhərində 895 ailəyə ərzaq göndərmişik. Vicdanı olan insanlar üzdədir. Millətini, xalqını sevənlər ortadadır. Sevməyənlər də evlərində otururlar. 300-ə yaxın ailəyə şəxsən yoldaşımla birgə özümüz yardım etmişik. Burada çoxlu sayda xəstələrimiz var. Gəlin əl-ələ verək, yardım edək. Çox çətin vəziyyətdəyik. Gəlin, bir-birimizi qeydinə qalaq. Acınacaqlı durumdayıq”.