Zibillikdə yaşayan ata: “Oğlum məndən imtina edib, mənə baxmır” – VİDEO

20 2020 13:02

ARB TV-nin “Elgizlə İzlə” verilişində zibillikdə yaşayan Həbib dayı haqqında süjet yayımlanıb.

Ərazidə yaşayan yerli sakinlər Həbib dayının zibillikdə yaşadığını və ona yardım edilməsini xahiş ediblər.

Həbib dayı isə oğlunun ona baxmadığını deyib:

“2009-cu ildə məni maşın vurdu. Bütün sənədlərimi də o zaman itirdim. Buradan öncə skamyalarda yaşayırdım. Həyat yoldaşım rəhmətə gedib. Bir oğlum var. Məndən imtina edib. Mənə baxmır”.

Sözügedən görüntüləri təqdim edirik: