Kişilər bu günlərdə qadınlara ev işlərində kömək etməlidir – VİDEO

20 2020 13:01

Karantin dövrü ailə münasibətlərinə də yenilik gətirdi. Uzun müddət evdə qalmaq hətta kişilərin əsrlərdir davam edən hegemonluğunu, patriarxat sistemini zəiflətməyə başlayıb.

 

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

 

Ölkəmizdə ailə münasibətlərini tənzimləyən əsas rəsmi qurum Ailə Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsi də bu günlərdə kişilərə müraciət edərək, onları ev isləri görməyə çağırıb. Komitədə hesab edirlər ki, bugünlərdə qadınlar kişilərdən daha çox işləyir. Belə ki, qadınlar hazırda dünya üzrə səhiyyə və sosial xidmət işçilərinin 70%-ni Azərbaycanda isə 77,6%-ni təşkil edir. İstər-istəməz bu qadınlar karantin rejiminə baxmayaraq, iş fəaliyyətini davam etdirirlər. Digər tərəfdən isə onların ailə-məişət zəminində iş yükü daha da artır . Bu yükün bir hissəsini evdə oturan kişilər öz çiyinlərinə alaraq xanımlarına yardımçı ola bilər.

 

Nail Cəlil – Sosioloq: “Yeməklə içməklə qidalanmaqla iş bitmir. Təsərrüfat və digər işlərdə faydalı olmalıdırlar, yəni ortaq bir məşğuliyyət tapmalıdırlar ki, bu kimi ziddiyətlər yaranmasın və yaxud da yarananda onları mülayim və düşünülmüş bir şəkildə həll etmək mümkün olsun, yəni övladları ilə məşğul ola bilərlər, xanımlara ev-məişət işlərində faydalı ola bilərlər”.

Gülər Məmmədova – Sosioloq: “Bir qisim insanlar həqiqətən də öz bacarıqlarını daha fərqli şəkildə ortaya qoya bilirlər. Onlar öz həyat yoldaşlarına yemək hazırlamaqda, qab yumaqda, paltar yumaqda kömək etməyibdə qadınların digər mənəvi tələbatlarını ödəyərək onlara yardımçı ola bilərlər”.

 

Psixoloqlar da bildirir ki, bu günün gərginliyini yaşayan insanlar yaranmış vəziyyəti nəzərə alaraq ailədə rol bölgüsü düzgün şəkildə etməli, bütün güc, bütün qayğı, bir nəfərin üstünə düşməməlidir. Lakin qadınlarda kişilərin alışmadıqları bu duruma məcbur etməmilidirlər.

 

Nail Cəlil – Sosioloq: “Kişilər alışmadıqları bir şəraitdədirlər və belə şəraitdə də bəzən bilərəkdən, çox vaxt isə bilməyərəkdən həyat yoldaşları ilə ailə daxilində müəyyən ziddiyətlərə girirlər ki, bud a istər-istəməz müəyyən gərginlik, münaqişə yaradır. Məsuliyyət payı hər iki tərəfin üzərindədi, həm xanımlar, həm də bəylər bu məsələni anlamalıdırlar”.

 

Gülər Məmmədova – Sosioloq: “Kişilərin vərdiş edə bilmədiyi bu ev qayğıları, məişət qayğıları həqiqətən də onlar üçün bu durumlarda çox çətinlik yarada bilər. Lakin bu o demək deyil ki, kişilər də, qadınlar da məhz belə bir ekstrim durumlarda bir-birlərinə yardımçı olmamalıdırlar”.

 

Elə bu karantin günlərində kişilərin bir çoxu heç də ev işlərindən kənarda qalmadı. Zaman keçəcək bu kadrlar isə daima insanlar arasında təbbəssüm dolu xatırlanacaq.