“Ağzında bir dişi olan kişi mənə elçi gəlib” - Mətanət İsgəndərli - VİDEO

09 2020 15:19

ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı əməkdar artist Mətanət İsgəndərli olub.

Əməkdar artist, ona gələn elçidən danışıb:

“Proqramdan çıxandan sonra mənə elçi gəlmişdilər. Evə getdim, gördüm ki, atam hirslənib. Səbəbini soruşdum. Dedi ki, sənin üçün elçi düşmüşdülər. Elə bildim ki, zarafat edir. Sonra öyrəndim ki, bir nəfər onunla danışıb, deyib ki, qohum olmaq istəyirəm, icazə ver, Mətanətlə evlənim. İkinci dəfə də başqa bir verilişdən çıxırdım, bir nəfər yaxınlaşıb mənimlə evlənmək istədiyini söylədi. Ağzında da bir dişi var idi. Cavab verdim ki, mənim ərə gedən vaxtım deyil”.