Bakıda ŞOK: Bacısını qaçırsın deyə qardaşlar bir gecədə oğlan tapdı – VİDEO

17 2020 12:42

ARB TV-nin “Elgizlə İzlə” verilişinə müraciət edən Rəşad adlı vətəndaşın açıqlamaları hər kəsin təəccübünə səbəb olub.

“Valideynlərim 1995-ci ildə vəfat edib. Qohumlarım var, amma uşaq evində böyümüşəm. Nənəm məni ora aparıb. Sonra böyüdüm. Bakıda fəhlə işləyirdim. Evlənmək fikrim yox idi. Bir ailə mənə köməklik edirdi. Yəni onların işlərini filan görürdüm. Mənə dedilər ki, bir qız var. Onlar məni televizorda görmüşdülər. Verilişlərdə tamaşaçı qismində otururdum. Məni görüb bəyəniblər. Bir gecənin içərisində qızı mənə qaçırtdırdılar. Qız yaşda məndən böyükdür, amma çox halal qızdır. Əvvəl ona qarşı istəyim yox idi. Övladımız olandan sonra hörmətim oldu. Müəyyən müddət sonra yoldaşıma xəyanət etmişdim. Amma sonra ailəmə qayıtdım. Səhv etmişəm. Qardaşları məni döydü. Yoldaşımla ayrılmışıq. İndi də övladımı mənə göstərmirlər”.