Nadir yaşlı nəslə söz atdı: “Özlərini meymun yerinə qoyublar” – VİDEO

07 2020 16:06

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Nadir Qafarzadə olub.

Sənətçi yaşlı nəslin nümayəndələrini top atəşinə tutub:

“Son zamanlar instaqram şit olub. Gəncləri haradasa anladıq, bəs, bu yaşlı nəsilə nə olub? Gic-gic tik-toklar çəkirlər. Özlərini meymun yerinə qoyublar. Əvvəllər gənclər ağsaqqal, ağbirçəkdən nümunə götürərdi. Amma indikilər özlərini elə pis vəziyyətə qoyub ki, adam onlara ağsaqqal, ağbirçək deməyə belə utanır”
.

İfaçı sosial şəbəkədə onu tənqid edənlər haqqında danışıb:

“Əvvəllər mənə tənqid və təhqir yazanlara cavab verirdim. Daha sonra düşündüm ki, boş verim, onları sevindirməyim. Misal var, it hürər məsələsi.... Təhqir yox, tənqidləri saxlayıram. Yüz dənə tərifləyən olanda, ikisi də pisləyəcək də. Qoy olsun”.