Ölkəyə qaçaq yolla gətirilən saxta içkilər: Belə sexlər hələ də fəaliyyətini davam etdirir – VİDEO

15 2020 17:58

Səsyazı – Çatdırma xidmətinin əməkdaşı: “Həmin içkilər Gəncədə var, Xırdalanda var, bir də Şamaxıda. Götürürlər, yerləri tapırlar aparıb verirlər.

Bu bir kuryerin etirafıdırVə bəlli olur kihələ də saxta spirtli içki hazırlayan şəxslər və sexlər öz fəaliyyətini hələ də davam etdirirBahalı brendlərin etiketi vurulmuş saxta içkilər satış mərkəzlərinə çox ucuz qiymətə paylanılır.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Səsyazı – Çatdırma xidmətinin əməkdaşı: “Maya dəyəri 10 manatdır.20 manata satırlar, satış mərkəzləri də həmin qiymətə satırlar”.

Daha çox qazanmaq istəyinə görə satış nöqtələri ucuz qiymətə aldığı mənşəyi bilinməyən bu məhsullari öz müştərilərinə təklif edir. Saxta içkilərin tərkibinə qatılanlar isə insana ölümlə nəticələnən sərxoşluq gətirir.

Vüqar Mikayılov – Professor: “Tərkibində metil spirti olan bizim düşündüyümüz spirtdi. Ancaq bu keyfiyyətli spirt yox, distillə proesesində baş fraksiya ilə quyruq fraksiyanın qarışığıdır. Adicə 4 millilitr orqanizmə metil spirti düşdükdə insan artıq zəhərlənir. Spirtin miqdarı 30-a çatdırqda isə ölümə səbəb olur”.

Mütəxəssislər deyir ki, əksər hallarda bu məhsulların hazırlanması üçün xammal yerli zadovlardan əldə edilir. Eyni zamanda saxta içki istehsalı zamanı bir çox texnoloji proseslərə də düzgən əməl edilmir.

Vüqar Mikayılov – Professor: “Əsasən də xammalı spirt zavodlarından əldə edirlər, konyak zavodlarından əldə edirlər. Qatqılar qatmaqla, əlavə ətir verən maddələr qatmaqla hazırlanır. Məsələn, rəng almaq üçün koller və digər qatqılar vurulur. Belə bir aromat əlavə etməklə viski hazırlayırlar. Amma bunun üstündə işləmələr aparılmayıb”.

Mütəxəsisslər deyir ki, aparılan silsilə əməliyyat axtarış tədbirləri yerli saxta spirtli içki bazarına öz təsirini göstərsə də, ölkəyə qaçaq yolla da belə məhsullar gətirilir.

İsmayıl Zalov – Ekspert: “Dəmiryolu ilə gətirilməsi, əsasən də qaçaq yolla gətirilməsi baş verir. Gizli yerlər var, onu da bilirlər. Mahaçqala , Dərbənd tərəfdə, gizlədilmiş yolla Azərbayacana daxil edirlər”.

İlkin Bağırov - Gömrük Komitəsinin idarə rəisi: “2019-cu il ərzində aksiz markası olmayan, habelə marka olmadan, satma, satış məqsədi ilə saxlama və qaçaqmalçılıq yolu ölkəyə gətirlməsinə cəhd edilən ümumulikdə 82 fakt üzrə 130 980 manat dəyərində, 80 894 litr həcmində spirtli içkilər saxlanılıb”.

Təkcə ötən ilin son ayında standartlara cavab verməyən spirtli içkilərdən  4 nəfər ölüb, 1 nəfər kor olub, 13 nəfər isə ağır zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib.