Elton canlı yayında həyat yoldaşına mahnı həsr etdi - VİDEO

15 2020 17:42

ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı müğənni Elton Hüseynəliyev qonaq olub:

Müğənni canlı efirdə həyat yoldaşını doğum günü münasibəti ilə təbrik edərək ona canlı ifa hədiyyə edib:

“Ötən gün həyat yoldaşımın doğum günü idi. Burdan onu təbrik edirəm. Çox sağol, var ol. Nə yaxşı ki, varsan. Mənə 2 gözəl bala bəxş etmisən. Allah bütün ailələri xoşbəxt etsin”.

Daha sonra müğənni həyat yoldaşının şərəfinə canlı ifa səsləndirib.

Sözügedən görüntüləri təqdim edirik: