Qadınları cinayətə sövq edən SƏBƏBLƏR – VİDEO

15 2020 17:31

Statistika göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş qadınların sayı 5,1 faiz artıb.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Siracəddin Kərimov – Hüquqşünas: “Mövcud statistika onu göstərir ki, qadınların ən çox törətdiyi cinayətlər sırasında 1-ci yerdə oğurluq, sonra dələduzluq cinayətləri, məişət zorakılığı cinayətləri və avtomobil nəqliyyatı sahəsində olan cinayətlərdir. Bunların da müxtəlif səbəbləri var”.

Bəs bu səbəblər hansılardır? Qadınları cinayət törətməyə nə və ya kimlər sövq edir?

Siracəddin Kərimov – Hüquqşünas: “Sosial şəbəbəkələrin açıq olması qadınların nəzarətdən yayınmasına zəmin yaradır. Çünki sosial şəbəkələr vasitəsilə bir neçə dəqiqə içərisində kimlə istəsən əlaqə yaratmaq olar və buda hardasa qadınların cinayətlərə cəlb olunmasında vasitə kimi rol oynanır”.

Sakin: “Qadınların cinayət törətməsinə cəmiyyət də təsir göstərə bilər, onların psixologiyası da pozula bilər. Həmçinin hər hansı bir zorakılığa məruz qalanda da törədə bilərlər”.

Sakin: “Məncə, kişilər məsuliyyətsizdi deyə qadınlar sövq olurlar”.

Sakin: “Heç bir Azərbaycan qadını cinayət törədə bilməz. Mən bu işdə kişiləri təqsirkar görürəm”.

Şəmsəddin Əliyev – Sabiq Polis Rəisi: “Sosial durumunun çətinliyindən çıxış yolu axtarıb tapa bilməyəndə bu münaqişələrə gətirib çxara bilir. Və bəzən qadın da əks bir addım atır və cinayətin subyektinə çevrilir”.

Ekspertlər bildirir ki, bu sahədə hüquqi maarifləndirmə aşağıdır və bu işlə tək bir qurum yox, bütün qurumlar kompleks şəkildə məşğul olmalıdırlar.

Şəmsəddin Əliyev – Sabiq Polis Rəisi: “Biz bu sahədə mübarizədən öncə krimonoloji nəzəriyyə baxımından o səbəbləri aşkar etməliyik”.

İstənilən halda bu cür hadisələr arzuolunmazdır. Və bizdə cəmiyyətin bir üzvü kimi bu cür hadisələrlə mübarizə aparmalıyıq.