“İstəyərəm ərim səni sevsin” – Səyyad Əlizadənin həyat yoldaşından Mətanətə ŞOK SÖZLƏR – VİDEO

15 2020 17:27

ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı əməkdar artist Mətanət İsgəndərli olub.

İfaçı sənət yoldaşı müğənni Səyyad Əlizadə haqqında maraqlı açıqlama edib:

“Bildiyiniz kimi illər öncə Səyyad Əlizadə ilə duet oxuyurdum. Biz onunla bacı-qardaş kimiyik. Onun həyat yoldaşı deyirdi ki, Səyyadı bütün müğənnilərə qısqanaram, bircə sənə yox. Hətta bir dəfə dedi ki, Səyyad səni sevsin. Heç qısqanmaram. Mən bu sözü eşidib şok oldum. Bir qadın öz yoldaşını necə başqa xanımla bölə bilər?! O arxayın idi. Onun qəlbində mənə qarşı böyük məhəbbət var idi”.