Məleykə Əsədova ilə Rövşanə arasında QALMAQAL: Əlimizdə səsyazılar var – VİDEO

25 Dekabr 2019 12:34

ARB TV-nin “Səhər-səhər” verilişinin növbəti qonağı xalq artisti Məleykə Əsədova olub.

Teatrların fəaliyyətindən danışan xalq artisti Məleykə Əsədova ilə teleaparıcı Rövşanə Ağasəfqızının fikirləri üst-üstə düşməyib və gərgin anlar yaşanıb. Teleaparıcı Məleykə

Əsədovaya etiraz edərək vaxtilə onu efirə dəvət edərkən onun gələ bilməməsinin səsyazıları, eləcə də digər teatr xadimlərinin verilişə gəlməkdən imtina etmələri ilə bağlı yazışmaları olduğunu bildirib:

“Azərbaycan teatrı yalnız sizdən ibarət deyil, sizə baxırlar, izləyirlər
, amma sizdən ibarət deyil. Digər teatrlar var. Teatr deyən kimi başlayırsınız tərifləməyə, bizdən yoxdu, bizə baxırlar. Teatr məsələsi ilə bağlı onu söyləyim ki, bir-iki həftə bundan öncə teatr mövzusu qoymuşdum, lakin teatrla bağlı efirə heç kim gəlmək istəmədi. Mən sözümü deyən jurnalistəm, mənim qarşımda dayana bilməzlər. Azərbaycan teatrları ilə bağlı məsələ müzakirə edirik, lakin bir kimsə gəlib iştirak etmir. Əlimizdə vatsap yazışmaları var, məhz Akademik Milli Dram Teatrının aktyorlarının yazışmaları var, biz onu efirə çıxartmaq istəmirik. Mən bu məsələni 3 saatlıq müzakirəyə çıxaranda bir kimsə gəlib iştirak etmədi, nə Azərbaycan Teatrlar İttifaqının sədri, nə müavinləri, nə də katibləri gəlmədilər. Hər birinə ayrı-ayrılıqda yazdıq, zəng etdik, hər birinin telefon danışıqları var əlimizdə. Siz Məleykə Əsədovaya da yazdıq, siz gəlmədiniz. O vaxt gəlmək, danışmaq lazım idi, indi yox. İndi zəhmət olmasa özünüzdən danışın. Teatr deyən kimi başlayırsınız tərifləməyə, Azərpaşa Nemətovu tərifləməyə. Zatən Azərpaşa Nemətov gözəl rejissordu, mən bunu dəfələrlə demişəm, ayaq üstə alqışlamışam”.