Bir oturuma qoyun yeyən Xatirə İslam: “Bunlara fiqura lazımdır” – VİDEO

23 Dekabr 2019 13:59

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Xatirə İslam olub.

Sənətçi səhnə insanının ideal çəkidə olmalı olduğunu deyib:

“Yayda çox arıqlamışdım. İstədiyim çəkidəydim. İndi Türkiyəyə dərsə gedirəm. Orada yeyirəm. Çəkim 5 kiloqram artdı. Depresiyada oluram. 3 ay öncəki çəkimdə olmaq istəyirəm. Bəziləri var ki, ideal bədən quruluşları var. O, Allah vergisidir. Elə qadınları sevirəm. Bəziləri var ki, əməliyyat edir, amma gizli saxlayır. Fikirləşirəm ki, səhnə adamı əməliyyatsız mümkün deyil. Səhnə tələb edir. Ulduzsan, gözəl olmalısan. Bunu başa düşmürdüm. Əvvəllər oturub bir para qoyunu yeyirdim. Fikirləşirdim ki, səsim var da. Bunlara mənim səsim lazımdır, ya fiquram?! Amma elə deyil. Sən gözəl olmalısan”.