Samirə Əli ilə birlikdəliyindən danışdı: “Təsadüfən alındı”

13 Dekabr 2019 16:33

ARB TV-nin “Kim var, Kim yox” verilişinin növbəti qonağı aşıq Samirə Əliyeva olub.

Aşıq Samirə, duet ortağı Aşıq Əli ilə bağlı maraqlı açıqlamalar edib:

“Aşıq Əli ilə duetimizi öncədən planlamamışdıq. Təsadüfi alındı. Duetimiz toydan başladı, sonra efirdə oxuduq. Bəyənildi və beləcə duet oxumağa başladıq. Gördük alınır, istifadə etdik”.