“Talehim gətirmədi, bacı-qardaşımın uşaqlarını övladlığa götürdüm” – Niyam Salami

13 Dekabr 2019 16:10

ARB TV-nin “Səhər-səhər” verilişinin növbəti qonağı müğənni Niyam Salami olub.

Evlilik həyatından və keçmiş talehindən danışan müğənni bəzi gizlinlərin üstünü açıb:

“Deyirlər ki, niyə evlənmirsən? Müğənni ailəsində elə məsuliyyət var ki, çox çətindir. Qadın məsuliyyəti, ailə məsuliyyəti başqa şeydir. 42 yaşım var, evlənmişəm, nişanlı olmuşam, elə olub ki, talehim gətirməyib. Ona görə də babamın adını daşıyan qardaşım oğlu ilə, bacım qızını övladlığa götürmüşəm. Bacı-qardaşlarımdan icazə almışam onları götürüb saxlayıram. Mənim üçün fərqi yoxdur ya öz övladlarım, ya qardaş bacımın. Universitetlərinə kimi oxutdurub, evləndirib evimdə saxlayacam”.