“İlhamə Quliyeva haqq dünyasında ola bilməz” - Flora Kərimova – VİDEO

02 Dekabr 2019 16:14

ARB TV-nin “Səhər-səhər” verilişinin növbəti qonağı xalq artisti Flora Kərimova olub.

Teleaparıcı Rövşanə Ağasəfqızı sənətçiyə mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı sual verib. Sualları cavablandıran və İlhamə Quliyeva ilə aralarında olan münasibətdən söz açan Flora Kərimova, onun haqq dünyasında olmadığını, buna baxmayaraq onun ifasını sevdiyini bildirib:

“İlhamə Quliyeva haqq dünyasında ola bilməz, o xasiyyətlə onu haqq dünyasına buraxmazlar. Lakin buna baxmayaraq mən onun ifasını sevirdim. Onun “Yandım elə yandım” mahnısı var idi, onu vaxtilə Şövkət Ələkbərova da oxumuşdu, lakin mən İlhamənin ifasında daha çox bəyənirdim. Daha sonra “Unut məni” adlı mahnısını sevirdim. İlhamə Quliyeva mahnılarına möhür qoyan insan idi, lakin sənətkar bütöv bir varlıqdır”.