“Həddini bil, yerində otur” – Kərimdən növbəti QALMAQALLI AÇIQLAMA – VİDEO

02 Dekabr 2019 16:08

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi ifaçı Kərim Abbasov olub.

Müğənni ona söz atanlara sərt reaksiya verdi:

“Sən kimsən mənə söz atırsan? Mənim həyat tərzim başqadır, sənin başqadır. Hamının arxivi var. Heç kəs atdanıb-düşməsin. Kim nə deyirsə cavabını verirəm”.

Sənətçi meyxanaçıların şou əhli haqqında səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Onların cavablarını elə meyxanaçı dostları verir. Meyxanaçılarla mənim tərzim başqadır. Bu yaxınlarda biri danışmışdı. Kim olduğunu bilirsiniz, nə baş verdiyini də. Onun elə bir arxivi ortaya çıxdı ki. Mesaj şəklində çatdı həmin adama ki, ey, yerində otur, həddini bil. Sən osan, tanıyırıq səni. Niyə atdanıb-düşürsən? Ondan sonra səsi kəsildi. Mənə ilişməyin. Kiminsə mənimlə işi olmaq istəyirsə, gəlsin. Meyxanaçılar arasında Ələkbər Yasamallının tərzini, danışığını sevirəm. Samballı insandır. Onun açıqlamalarını bəh-bəhlə dinləyirəm. Ələkbər kimi insan heç vaxt pis danışmaz”.

Xatırladaq ki, müğənni Kərim Abbasovla meyxanaçı Aqşin Fateh arasında qalmaqal “Maşın” şoudan başlayıb.