Əməkdar artistdən Nigar Camala CAVAB: “Mən ağıllı ifaçıyam, gör onu bəyənirəm?” – VİDEO

29 Noyabr 2019 17:23

Ötən gün müğənni Nigar Camalın ARB TV-nin “Show News” verilişində müsahibəsi zamanı əməkdar artist Elnarə Abdullayevanı tanımaması yerli mediada xeyli müzakirə olunub.

Əməkdar artist də öz növbəsində “Show News” verilişində telefon bağlantısı ilə məsələyə münasibət bildirib:

“Tanımırsa nə edim? Vurub öldürüm? Heç mən də o xanımı tanımıram. Siz soruşun ki, biz, muğam ifaçıları kimlərisə bəyənirik, bəyənmirik? Biz şou adamı deyilik. Xalqın dərrakəli, ağıllı, qabiliyyətli ifaçıları olmalıyıq. Azərbaycan muğamını çiyinlərində gəzdirən bizlərik. Kiminsə bizi tanımamağı bizim üçün önəmli deyil. Azərbaycan xalqının mədəniyyətinə xidmət edirik”.