Nigar Camal əməkdar artisti tanımadı: “O kimdir?” – VİDEO

28 Noyabr 2019 13:55

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Nigar Camal olub.

56-cı Avroviziya Mahın Müsabiqəsinin qalibi olan sənətçi həmkarı Şəbnəm Tovuzlunu saxtakarlıqda ittiham etdi:

“Şəbnəmin haqqında danışmaq istəmirəm. Onu “ignor” etmişəm. Kimin nə etdiyi vecimə deyil. Saxtalıq etsin, lap şaxta babalıq etsin. Mən öz həyatımı yaşayıram”.

Elnarə Abdullayevanın “Gəlin qayınananın sözünü həzm edə bilmirsə, şələ-küləsini yığıb atasının evinə getsin” fikrinə münasibət bildirən Nigar Camal xanəndəni tanımadı:


“Qayınana sənin sevib, seçdiyin insanın anasıdır. Düz və ya səhvdirsə belə ona həmişə hörmət olmalıdır. Atasının evinə niyə gedir? Ondansa əvvəlcədən elə adamla evlənməsin. Sonradan problem çıxırsa həll etmək üçün yol tapılmalıdır. Çətin xasiyyəti varsa yola ver getsin. Fikiri səsləndirən Elnarə Abdullayevanı isə tanımıram. O, kimdir? Elnarə Xəlilovanı tanıyıram. Yəqin üzdən tanıyaram. Tanımadımsa üzrlü sayın. Xanəndələrin çoxunu tanımıram. Ən sevdiyim xanəndələr Aygün bəylər və Alim Qasımovdur”.