“Afaq Aslan xalq artistlərinin yanında toya getməlidir” – Nadir Qafarzadə – VİDEO

25 Noyabr 2019 14:17

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Nadir Qafarzadə olub.

Sənətçi həmkarlarını tənqid etdi:

“Trenddə yoxam. Amma gündəmdəyəm, aktualam. Trenddə olanları heç bir konsertdə görmürəm. "Instagram" fenomenləri tükəniblər. Bir müddət çıxıb partlatdılar, sonra yox oldular. Bu gün şou-biznesdə mənim üçün bir nömrə Röya Ayxandır. 20 ildir ki səhnədədir. Hər zaman aktualdır. Damla son zamanlar işləmir. Bir ara hər yerdə Damla idi. Son zamanlar təzə heç nə yoxdur. Bu gün bir çox dırnaqarası xalq artistlərimiz var ki, xaric oxuyurlar. İfaları bərbaddır. Canlı oxuya bilmirlər. Afaq Aslan onların yanında toya getməlidir”.