Pərviz Bülbüləni bəyənməyən Aytac: “Zövqləri korlayır” – VİDEO

21 Noyabr 2019 17:05

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Aytac Vidadiqızı olub.

İfaçı musiqili meyxana stilində olan ifaları sərt tənqid edib:

“Azərbaycanda meyxana stilində mahnılar yayılıb. Adam bezir, qulağım partlayır. Musiqili meyxanaları çox gətirib çıxarıblar üzə. Hara gedirsən eyni musiqilərdir. Adam yorulur, istirahət etmək istəyirsən. Onlar səsi olmayanlardır. Haqqın yolunu tapıblar. Bir yol tapıb gedirlər. Amma bu uzun sürən bir musiqi deyil. Bəyənmirəm. Zövqləri korlayır. Mən Pərviz Bülbülə ilə heç vaxt duet oxumaram. Bəyəndiyim meyxanaçılar da var. Onlarla oxuyaram”.