Kərim ona gələn təkliflərdən DANIŞDI: “Bəylər mənə yazır” – VİDEO

21 Noyabr 2019 15:21

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi ifaçı Kərim Abbasov olub.

Müğənni  sosial şəbəkələrdə saxta izləyici yığan şou əhlini ələ saldı:

“Əlimlə pul verim ki, izləyicim çox olsun? Sevgini pulla alırlar? Belə çıxır ki, mən özümü aldadıram. Haqqımda fikir bildirirlərsə demək onlardan öndəyəm. Müğənnilərin hamısını izləyirəm. Məni istəməyənlərə belə “like” atıram. Qoy sevinsin, xoşbəxt olsun. “İnstagram”ın mesaj bölməsində mənə hər mövzuda təkliflər gəlir. Xanımlar, bəylər, yaşlı, cavan  fərq etmir hamı mənə yazır”.

Sənətçi, həmkarı Natavan Həbib ilə olan soyuq münasibətinə də münasibət bildirib:

“Təzəliklə Natavanı izləməyə başlamışam. Arxiv şəklimizi paylaşdım. Rəylər bölümündə söhbət etdik. Sonra başladım onu izləməyə”.