“Telefonsuz, instagramsız səhnəyə gəlmişik” - İzzət Bağırov – VİDEO

15 Noyabr 2019 16:48

ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonaqları müğənni İzzət Bağırov və əməkdar artist Mətanət İsgəndərli olub.

İzzət Bağırov saxta trend siyahılarından danışıb:

“Gələn il səhnə fəaliyyətimin 30 ili tamam olur. 43 yaşım var, 30 ildiki sənətdəyəm. Universitetin 5-ci kursunda oxuyanda, 1998-ci illərdə “peycer” çıxdı. Alıb kəmərimə taxmışdım. Ardınca isə böyük, antenalı mobil telefonlar çıxdı. Yəni ki, biz telefonsuz, “YouTube”suz, “Instagram”sız, “WhatsApp”sız, internetsiz səhnəyə gələn müğənnilərik”.

Mətanət İsgəndərli, İzzət Bağırovun fikirləri ilə razılaşıb:

“Mənim o insanlara yazığım gəlir. Onlar o sevinci yaşaya bilmir. Bilirlər ki, bunu saxtalıqla qazanıblar. Həmin insanlar sənətdən və həyatdan nə zövq ala bilərlər?”