Renkadan Damlaya ATMACA: “Pul almıram, ona görə də paylaşmadım” – VİDEO

05 Noyabr 2019 16:01

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi rəqqasə Rəna Ağamuradova olub.

Müğənni Damlanın “Şansın yox” klipinə çəkilən rəqqasə klipdə az görünməsindən gileylənib:

“Klipdə demək olar ki, görünmürəm, ancaq qanadlarım görünür. Ona görə də paylaşmadım. Görünsəydim paylaşardım. Onsuz da hər kəs paylaşıb. Çəkilişə görə qonarar almamışam. Dostlarımdan pul almıram”.

Sənətçi Damla da məsələyə münasibət bildirib:

“Aramızda belə bir problem olmayıb. Renka ilə mən yox, rejissor danışıb. Elə məsləhət görülüb. Elə bilirəm ki, elə olmalı idi. Klipdən sonra dəfələrlə görüşmüşük. Sözümüzü yerə salmadı. Gəlib həvəslə iştirak etdi, saatlarla ayaq üstə qaldı. Renka, əziyyətini halal et. Mən özüm belə klipdə başdan ayağa yoxam”.