Musiqiyə görə cinayət işi açılsa çoxları həbs olunardı – Aslan Hüseynov – VİDEO

04 Noyabr 2019 15:10

ARB TV-nin "Sayqa ilə" verilişinin növbəti qonağı müğənni Aslan Hüseynov olub.

Müasir musiqilərdən və bəstəkarlardan danışan müğənni sərt şəkildə tənqid edib.

O qeyd edib ki, əgər musiqiyə görə cinayət işi açılsaydı bir çoxları həbsxanaya göndərilərdi:


“Pis mahnılar var, elə mahnılar var ki, elə bil kimsə nəsə axtarırmış, təsadüfən nəsə çıxıb adın qoyub mahnı. Əgər musiqini pis vəziyyətə salanlara cinayət işi açılsaydı bir çoxlarını həbsə atardılar ki, bu nədir belə, bu nə mahnılardı?! Ümid edirəm ki, elə bir vaxt gələcək ki, müğənnilər sənəti ilə gündəmə gələcək, şəxsi həyatı ilə yox”.