Dünyanın ən yaraşıqlısı canlı yayımda kömək istədi: “Arzusu yeridiyini görməkdir” – VİDEO

04 Noyabr 2019 15:06

“Best model of Azerbaijan” və “Best model of world” müsabiqələrinin qalibi, model Rüstəm Cəbrayılov ARB TV-nin “Elgizlə İzlə” verilişində qonaq olub.

Model , dostunun iflic övladı üçün canl
ı yayımda yardım istəyib:

“Burada iştirakda məqsədim tanınmış insan kimi müraciət etməkdir. Dostumuzun övladı iflicdir, 4 yaşı var. 5 yaşına qədər əməliyyat olunmalıdır. Məbləğin bir hissəsinə biz dəstək olub, toplamışıq. 17 min manata ehtiyac var. Buradan dostlara, məşhurlara, xeyriyyəçi insanlara müraciət edirəm. Bu insanlar hər şeylərini satıblar. Uşağın atası da ağır xəstədir. Atasının arzusu övladının yeridiyini görməkdir ”.