“Kişiliyə xas olmayan, başıxarabın biridir” - Elvin Abdullayev vayneri yıxıb sürüdü- VİDEO

01 Noyabr 2019 14:25

RB TV-nin “Üçəlli” verilişinin növbəti qonağı müğənni Elvin Abdullayev olub.

Müğənni, vayner Elçin Allahverdiyevə sərt mesaj göndərib:

“Bu yaxınlarda maqazin verilişlərinin birində bloggerlər və vaynerlər haqqında bir açıqlama verdim. Çoxu elə başa düşdü ki, bu hamıya şamil olunur. Mənim izlədiyim bir neçə vayner var ki, doğurdan da onun işlərini bəyənirəm.  Məsələn, Taleh Yüzbəyov və Alixan. Elçin adında vayner ağzında yemək marçıldada-marçıldada haqqımda bir neçə çıxışlar edib. Elçin vaynerdi kimdirsə, tanımadım, heç tanımaq da istəmirəm. Məni elə qələmə verib ki, guya mən özmü psixoloq göstərməliyəm. Yaxşı ki, o insanlar efirə çıxa bilmirlər. Baxmırsa yəqin ki, ona çatdıracaqlar. Onun özünün başı xarabdır. Davranışları və kişiyə xas olmayan hərəkətləri mənim bütün ətimi ürpətdi”.