Fədayə Laçından EKSKLÜZİV AÇIQLAMA: “Yalandır” – VİDEO

29 Oktyabr 2019 17:48

ARB TV-nin “Elgizlə İzlə” verilişində bu gün azadlığa çıxan müğənni Fədayə Laçınla bağlı eksklüziv süjet yayımlanıb.

İfaçı çox həyəcanlı olduğunu dilə gətirib:

“Uzun zamandır əzizlərimdən ayrı düşmüşdüm. Onlarla zaman keçirmək istəyirəm. Saat 12:00 radələrində çıxacağımı fikirləşirdim. Səhər tezdən gəlib dedilər ki, hazırlaş çıxırsan, mən də çıxdım. Taksiyə oturub gəldim evə. Sağlamlığımla bağlı yayılan xəbərlər yalandır. 2 il ərzində bir dəfə belə xəstələnməmişəm. Ən çox ailəmin, bir də göydəki Ayın həsrətini çəkirdim. Sevənlərimə demək istəyirəm ki, sizi bir daha üzməyəcəm”.

Xatırladaq ki, müğənni Fədayə Laçın 2 il öncə məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilərək həbs edilmişdi.