Əməkdar artist xəbəri olmadan qurbağa əti yedi: “Dadlı idi” – VİDEO

22 Oktyabr 2019 15:17

ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı əməkdar artist İlkin Əhmədov olub.

Əməkdar artist Çində başına gələn maraqlı əhvalatı danışıb:

“Sənət yoldaşlarımdan biri ilə Pekinə tədbirə getmişdik. Bir az qarışıqlıq oldu. Pul verib dedilər ki, hər kəs öz yeməyimi özü alıb yesin. Küçələrdən qəribə iy gəlirdi. Ev heyvanlarından hazırlanan yemək qoxusu olduğunu dedilər. Bu da bizdə ikrah hissi yaratdı. Nəhayət bir restoran tapdıq. Ruslara oxşayan turistlər vardı. Fikirləşdik ki, burada normal yemək tapa bilərik. Gördük turistlər toyuq buduna oxşar bir şey yeyirlər. Elə bildik toyuq ətidir. Biz də ondan sifariş verdik. Gizlətmirəm, yedim. Dadı pis deyildi, amma bir az qəribə gəldi. Soruşduq dedilər, bu qurbağa ətidir. Nə yalan deyim, dadlı idi”.