Təranə Qumralın qızı etiraf etdi: “Anam bizə ev və maşın alıb” - VİDEO

21 Oktyabr 2019 15:24

ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişinin növbəti qonağı müğənni Musa Musayev və onun ailəsi olub.

Qumral Musayeva ilk olaraq anasının onlara olan diqqətindən danışıb. O bildirib ki, anası, qızları və bacıları üçün hər cür şərait yaradıb, onlara ev və maşın alıb verib:

“Anam sağ olsun ki, hər zaman bizim arxamızdadı. Siz anamın iç dünyasını bilmirsiniz, çox kövrək, həssas insandı. Anamız qız olsaq belə hər birimiz üçün hər şey edib. Bizə ev də verib, maşın da”.

Təranə Qumral isə öznövbəsində ailəsindən, qızının həyat yoldaşından, digər qızının ailəsindən də razı qaldığını bildirib.