“Şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur” – Sərxan Kərəmoğlu – VİDEO

17 Oktyabr 2019 12:37

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi aktyor və tele-aparıcı Sərxan Kərəmoğlu olub.

Aparıcı həmkarlarının kişilikdən danışmağa ixtiyarlarının olmadığını deyib:

“Hara gedirlər başlayırlar xalqa kişilikdən danışmağa. Biz kimik ki?! Ən imanasız işi biz görürük. Belə adamın kişilik dərsi keçməyi ayıbdır. Qeyrətsiz qeyrətdən, imansız imandan, kişiyi olmayan da kişilikdən danışır. Bizə pul verib, məni əyləndir deyən,  insanlara şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur”.