Azərbaycanda “toylar kraliçası” mənəm – Samirə Yusifqızı – VİDEO

16 Oktyabr 2019 14:43

ARB TV-nin "Sayqa ilə" verilişinin qonağı meyxanaçı Samirə Yusifqızı olub.

Meyxanaçı Samirə sənətdəki mövqeyindən danışıb. O, özünü həm meyxana, həm də toylar kraliçası elan edib:

“Mən Azərbaycanda yeganə xanım meyxanaçıyam. Həm də meyxana kraliçasıyam, eyni zamanda da toylar kraliçasıyam. Mənlə bədahətən meyxana deməyə rəqib axtarıram. Gəlsinlər, bir şərtlə ki, gələndə heç nə yazıb gətirməsinlər”.