Samirin imtina etdiyi etdiyi qardaşına Ağamirzədən DƏSTƏK: “Özümlə apararam” – VİDEO

11 Oktyabr 2019 16:55

ARB TV-nin “Elgizlə İzlə” verilişinin qonağı olan meyxanaçı Ağamirzə Məmmədov müğənni Samir Cavadzadənin qardaşı Raminə köməklik edəcəyinə söz verib:

“Onun şeirlərinə qulaq asdım, qafiəli, məntiqlidir. Xatırladım ki, biz Raminlə Moskvada da görüşmüşük. Özünü yaxşı aparsın, onu öz dəstəmlə birgə toylara apararam”.

Xatırladak ki, Ramin Cavadzadə səhhətində problem olduğu və evsiz olduğu üçün “Elgizlə İzlə”yə müraciət edərək kömək istəmişdi.