“Məni görəndə qardaş deyirlər” – Niyam şou əhlindən GİLEYLƏNDİ – VİDEO

10 Oktyabr 2019 11:22

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Niyam Salami olub.

İfaçı həmkarlarının bir-birilərinin işini dəyərləndirməməsindən gileylənib:

“Müğənnilər var ki, onların işlərini işıqlandırmaq lazımdır. Bayağı mahnıları özümüz şişirdirik. Canları çıxır, paxıllıq onların evini yıxır. Kimin yaxşı işini eşidirəmsə deyəcəm. Məni görəndə qardaş deyirlər, amma hansı biri mənim adımı çəkir? Bir-birilərini gözləri götürmür. Adlarını da çəkərəm. Bütün müğənnilər, məsələn, Zamiq Hüseynov, Ayaz Qasımov”.