“Musanı necə istiyirəm elə də geyindirirəm” - Təranə Qumral - VİDEO

09 Oktyabr 2019 11:17

ARB TV-nin “Üçəlli” verilişinin növbəti qonaqları, müğənnilər Təranə QumralMusa Musayev və ailəsi olub.

Cütlüyün qızları Qumral, həyat yoldaşı Natiqin onunla eyni geyinməməsindən şikayətlənib:

“Natiq mən dediyim kimi və yaxud bir-birimizə uyğun geyinməyi xoşlamır. Bu insanın da təbiəti belədir. Mənə çox vaxt deyirlər ki, özünüz geyinirsiz, bəs ona niyə geyindirmirsiz? Şükür geyim üçün hər şeyimiz də var. Amma o sport, rahat sevir. Efir də olsa, toy da olsa, nə istəsə elə geyinir”.

Təranə Qumral qızının bu açıqlamasından sonra maraqlı reaksiya verib:

“Başına dönərəm Musanın, necə geyindirirəmsə elə geyinir. Musa müəllimin stili əslində rok stilidir. Amma mən klassik sevirəm deyə elə geyindirirəm”.