“Cavanların beynini korlayır” – İnternetin HALAL-HARAMI – VİDEO

09 Oktyabr 2019 11:15

Artıq dünya müasirləşsə də, dünya texnologiya əsrinə qədəm qoysa da bəzən bu uşaqlarımızın zərər görməsi, psixologiyasının pozulması ilə nəticələnir. Belə ki, uşaqlarımız internetdə maarifləndirici məlumatlarla yanaşı, zərərli məlumatlar da qəbul edirlər. Evimizə dəvət olunmamış qonaq olan internetdən uşaqlarımızı necə qorumalı, internetdən alınan zərərli məlumatları övladlarımızdan necə uzaq tutmalıyıq?

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin: “İnternetdə çox şeylər var. Uşaq alışır, gələcəkdə həyatda düzgün mövqe tutmur”.

Sakin: “Lazımsız məlumatlardır hamısı. O cavanların da beynini korlayır”.

Sakin: “Səhərdən axşama kimi “Youtube”-də, “Google”-də, bütün günü uşağa uyğun olmayan, onun yaşına, bilik səviyəsinə uyğun olmayan materiallar verilir. 
Oxuyurlar, baxırlar və onlara çox pis təsir edir. Artıq bütün ailərlərdə evin içindədir. Sən bununla mübarizə apara bilmirsən”.

Artıq bundan sonra mübarizə aparmaq mümkün olacaq. Hər bir valideynlər övladının internetdə müxtəlif zərərli informasiyalarla, zərərli məlumatlarla üzləşməsinin qarşısını vaxtında ala biləcək.

Gələn il yanvarın 1-də “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qüvvəyə minəcək. Dəyişiklik Telekommunikasiy
a haqqında Qanunda da öz əksini tapıb. Belə ki, hər bir provayder abunəçinin istəyi ilə uşağın internetdə zərərli informasiyadan qorunması üçün imkanlar yaratmalıdır.

Rəşad Əliyev – Ekspert:  “Əslində bu tip qanunun qüvvəyə minməsi uşaqların internetdən təhlükəsiz istifadəsini daha gücləndirmiş olacaq. Valideyn özü seçim edə biləcək ki, ailəmdə azyaşlı var. Bunun üçün bu interneti filtrlənmiş verin”.

Yəni, bütün provayderlər, təmiz, halal internet xidməti üçün hazırlıqlar görməlidir. Əgər valideyn halal internet istəyirsə, provayder gələn ildən bu xidməti təqdim etməyə borclu olacaq. Təbii ki, bu məqsədlə pro
vayderlər öz sistemlərində filtrasiya istemi qurmalıdılar. Hansı ki, hazırda ölkənin təhsil sistemində bu tip süzgəc sistemi fəaliyyət göstərir.

Rəşad Əliyev – Ekspert: “Bununla əlaqədar əslində müəyyən işlər görən provayderlər var. Xırda provayderlər var ki, məsəl üçün internet paylayanda valideynlərə təklif edir ki, internetdən əgər uşaqlarınızı qorumaq istəyirsinizsə, bunu istifadə edin. Bu qanun formasına düşsə, bu artıq bütün provayderlərin məcburi olaraq bu xidməti vermələrinə bir üstünlük təşkil edəcək”.

Nicat Useynzadə - İT mütəxəsis: “Filtrasiya ziyanlı tərəflərin qarşısını almaq üçün hansı ki, yaşına uyğun olmayan video materiallar və yaxud psixoloji təsir göstərən videolar onların qarşısını almaq üçün istifadə olunan bir sistemdir. Valideynlər özləri könüllü şəkildə əgər uşaqlarını bəzi ziyanlı videomateriallardan və yaxud məlumatlardan qorumaq istəyirsə, bu kimi sistemlərdən istifadə edə bilərlər”.

Sözügedən qanunvericiliyə görə, gələn ildən internet media qurumları da informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətnlərini yerləşdirməlidir. Mövzu ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən açıqlama almaq cəhdlərimiz nəticəsiz qaldı.