“Sənətçi olmayan 1 ay sonra boşanır” - Oğluna müğənni qız almaq istəyən əməkdar artist – VİDEO

08 Oktyabr 2019 10:57

ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı əməkdar artist Ədalət Şükürov olub.

Əməkdar artist bir müddət öncə şou-biznesdə müzakirə olunan “Oğluma müğənni qız almaram” mövzusuna münasibət bildirib:

“Mən öz sənətimlə fəxr edirəm. Sənətdən olan dostlarımla da fəxr edirəm ki, onların gözəl ailələri var. Əgər övladım müğənni xanım almaq istəsə etiraz etmərik. İnsan var müğənni deyil, evlənib 1 ay sonra boşanır. Ona görə də bunun sənətə heç bir aidiyyatı yoxdur”.