Xatun efirə getməyən yataq görüntülərindən DANIŞDI: “Anam görüb dedi ki, bu nədir?” – VİDEO

07 Oktyabr 2019 10:44

ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı müğənni Xatun olub.

Müğənni qadağan olunmuş klipindən danışıb:

“İlk klipimi Aqil.M.Quliyev çəkdi. Ulduz həyatını yaşadım. Sən demə hələ ulduz deyilmişəm. Kobud düşmüşdüm. Hər şey gözəl idi. Amma mən eybəcər idim. Mənim ulduzluq həyatım orada söndü. O klip üzə çıxarılası olmadı. Ona görə də nə efirdə, nə “youtube”da olmadı. Qollarım çox iri idi. Basmışdılar məni yatağın içinə. Anam baxanda dedi ki, bu nədir, ay bala? Camaat gedib dağda, bağda klip çəkir, səni basıblar yatağa. Ondan sonra depressiyaya düşdüm”.