“Mənə dedilər ki, səndən adam olmayacaq” - Ramil Nabran – VİDEO

11 Oktyabr 2019 12:23

ARB TV-nin “Faydalı saat” verilişinin növbəti qonağı tanınmış reper Ramil Nabran olub.

Reper necə Ramil Nabran kimi tanınmağından danışıb:

“2005-ci ildə Ramin adı ilə sənətə gəldim. Mahnının adı Nabran idi. Çünki mən neçə il yayda Nabranda qaldım və orada olanları oxumuşam. Mahnı uğur qazandı və elə də adım qaldı Ramil Nabran. Millət verdi o adı mənə, özüm özümə qoymadım”.

Ramil Nabran daha sonra məktəbdə pis oxumas
ından da danışıb:

“Məktəbdə pis oxuyurdum, 8-ci sinifə kimi oxudum. Sonra mənə dedilər ki, get bala səndən adam olmayacaq. Yaxşı ki, o sözü mənə dedilər. Ali təhsilim yoxdur. 8 sinif bitirdim, amma 800 min insanın ürəyinə yol tapmışam. Həyat məktəbi başqadır”.