“Evimə yad kişini buraxmaram” - Xalq artisti evlənməkdən BOYUN QAÇIRDI – VİDEO

11 Oktyabr 2019 12:22

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi xalq artisti Məleykə Əsədova olub.

Xalq artisti ailə həyatı qurmaq istəmədiyini deyib:

“Bu illər ərzində məni nə pul, nə şöhrət dəyişmədi. Məni Məleykə Əsədova edən tamaşaçı alqışıdır. 30 il eyni şöhrəti saxlamaq hər adama qismət olmur. Dedi-qodu, qalmaqalla gündəmdə qalmamışam. Böyük sevgim var o da qızımadır. Ailə həyatım alınmadı, olmadı. Bir qızım var, istəmirəm evimə yad kişi gəlsin. Ailə qurmayacağam”.