“Mina əlimdə böyüyən uşaqdır” – Elnarə Xəlilova – VİDEO

10 Oktyabr 2019 13:50

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibləri müğənnilər Elnarə Xəlilova  Mina olub.

İfaçı Mina Elnarə Xəlilova ilə aralarındakı soyuq münasibətdən danışıb:

“Onun haqqında danışmaq istəmirəm. Çünki o, mənim doğma xalam qızıdır. Kiçik kimi barışıq addımımı atdım. O da mənə qarşılıq verdi. Bəlkə həmin gün əhvalı yaxşı olmayıb. Mənim kimi tam səmimi olmaya bilər. Amma hər şey qaydasındadır”.

Müğənni Elnarə Xəlilova da xalası qızı ilə bağlı məsələyə münasibət bildirib:

“Minadan küsməmişəm, küsə də bilmərəm. Dostlarımızı dəyişə bilirik, amma qohumu dəyişə bilmərik. 12 yaş fərqimiz var, əlimdə böyüyüb. Övlad nəsə düz etməyəndə biz analar ondan inciyirik, yox! Çox şeyi onun gəncliyinə, təcrübəsizliyinə görə keçmişəm. Bu dəfə keçdim, biz iki xalaqızına nə oldu? Niyə bu günə qaldıq? Sevmirəm ki, ailəmdə baş verənləri çölə çıxarım. Mina çölə çıxardıqca mən “malaladım”. Hələ onun başına belə işlər çox gələcək”.

Qeyd edək ki, “Show News” verilişinin 1 yaşı tamam olanda verilişin aparıcısı İsa Şükürov iki qohumu bir araya gətirərək barışdırmışdı.