Uşaqları küçələrdə kim diləndirir? – Onlar kənardan izlənilir – VİDEO

10 Oktyabr 2019 13:48

Küçələrə ev, pul, gəlir mənbəyi kimi baxan dilənçilərin böyük əksəriyyəti uşaq əməyindən sui istifadə edirlər. Cəmiyyətin həssas məqamı olan bu uşaqların belə pis vərdişə öyrədilməsi, gələcəkdə potensial cinayətkarın yetişməsinə də şərait yaradır.

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Şəmsəddin Əliyev - Sabiq polis rəisi: “Bu eybəcər səhnə bizim millətə yaraşmır. Maşınların qarşısını kəsirlər, təhlükəli anlar yaradırlar. Belə olan təqdirdə uşaq oğurluqlarına imkan da yaranır”.

Qaraçı və dilənçilər tərəfindən törədilən onlarla adam və mənzil oğurluqları faktları olsa da, cəmiyyətdə onlara qarşı münasibət də bir mənalı deyil.

Ramin Verdiyev – Sakin: “Belə hallar hər yerdə var, Nyu-Yorkdan tutmuş bir çox inkişaf etmiş ölkələrə, şəhərlərə qədər. Buna pis baxılmamalıdır”.

Mehparə Süleymanova – Sakin: “Onlara qapını açmıram, küçədə görəndə pul da vermirəm”.

Dilənçiliyə cəlb edilən o uşaqlar, daha çox əhalinin sıx olduğu yerlərə toplaşır və kənardan müəyyən şəxslər tərəfindən izlənilirlər.  Belə olan halda onların hanşı şəraitdə əraziyə gəlməsi, onların fikizi əməyindən neçə istifadə olunması sual doğurur.

Məsələ hüquq mühafizə orqanlarının da diqqətindədir. Son vaxtlar küçədə diləndirilən onlarla uşaq  müəyyən edilib. Onları bu işlərə vadar edən şəxslərin yaşadığı ərazilərə reydlər təşkil edilib. Polis ictimai qınaq doğuracaq belə halların baş verməməsi üçün onların da diqqətli olmağını vacib sayır.

Elşad Hacıyev - BŞBPİ-nin mətbuat xidmətinin rəisi: “Hər küçəyə bir polis qoyulmalıdır?! Bu cəmiyyətimiz üçün o qədər də faydalı bir hal deyil. Biz çalışırıq ki, vətəndaş özü də ictiami təhlükəsizliyin, qaydaların qorunmasında maraqlı olsun”.

Küçələrdə dilənçilik edən uşaqların əksəriyyəti qaraçı övladları olsalar da, bölgələrdən paytaxta qaçıb gələn azyaşlılar da kifayət qədərdir. Valideyn-övlad münasibətlərinin qaydasında olmaması səbəbindən evdən qaçan bu yeniyetmələr həm də təhsildən kənar qalırlar.