“Necə montaj ediblərsə qapı əyilib” – Könül Kərimova efirdə tənqid edildi – VİDEO

10 Oktyabr 2019 13:04

ARB TV-nin “Səhər-səhər” verilişində əməkdar artist Könül Kərimova tənqid edilib.

Proqramın aparıcısı Rövşanə Ağasəfqızı müğənninin montaj olunduğunu göstərən kollaj vasitəsilə fotoşəkillərini efirin manitorlarına verib və tənqid edib:

“Xanım müğənnilərin şəkillərini fotoşop etməsi nəyə lazımdır?! Könül Kərimova özü yaraşıqlı xanımdır, onun elə ətli-canlı olmasının da bir marağı var. Bəlkə heç özü eləməyib? Açıq-aydın görünür ki, necə montaj ediblərsə qapı da əyilib”.