Müğənnidən kömək üçün canlı efirə çıxan qohumuna: "Ora niyə çıxmısan, özümə deyərdin" – VİDEO

27 2019 21:30

ARB TV-nin “Elgizlə İzlə” verilişində müğənni Elşad Qarayevlə telefon bağlantısı yaradılıb.

İfaçı “Elgizlə İzlə”yə yardım üçün çıxan qohumuna kömək edəcəyini deyib:

“O mənim bibimin oğlu deyil, dayımın nəvəsidir. Ora niyə çıxıb? Gəlib mənə deyərdi, kömək edərdim. Gedib torpaq sahəsi götürsün kömək edərəm, problem yoxdur”.

Qeyd edək ki, Elşad Qarayevin bibisi oğlu olduğunu deyən şəxs “Elgizlə İzlə”yə yardım üçün müraciət edib. O, iki övladı olduğunu, uşaqlarından birinin qüsurlu olduğunu və müalicəsi üçün yardım istədiyini deyib. İfaçının qohumu evinin də olmadığını bildirib.