Narkomanlarla sakinlər arasında GƏRGİNLİK – VİDEO

26 2019 10:04

Şəhərin mərkəzi - Yasamal rayonu, Şərifzadə küçəsi 229. yaşayış binalarının nəinki əhatəsində, doqquz mərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən tibb müəssisəsi - daha dəqiq desək, narkoloji dispanser fəaliyyət göstərir. Bu isə sakinlərin ciddi narahatlığına səbəb olub.

ARB TV əməkdaşları adıçəkilən ünvana gedərək məsələ ilə yerində maraqlanıblar.

Narkomanlarla söhbət: “Sakinlərlə münasibətlər yaxşıdır
, amma onların da arasında özünü apara bilməyənlər var”.

Sakin: “Pis-pis söyüşlər söyürlər, dayanmaq olmur burada”.

Müxbirin, burada hansısa bir hadisə törüdilə bilər sualına cavab verən tibb bacısı isə, hər şeyin baş verə biləcəyini bildirib.

Vəziyyətin qəlizliyini anlamaq üçün buranın sakini olmaq vacib deyil, ərazidə bir qədər müşahidə aparmaq da kifayət edir. Narkoloji dispanserdə stasionar qaydada müalicə alan xəstələrlə yanaşı, sadəcə qeydiyyatda olanlar da var. Hansı ki, necə deyərlər, sırf azarını öldürmək üçün bura üz tutur.

Sakin: “Uşaqlar nə öyrənəcəklər burdan? Burada hər gün eyni şeyləri, eyni sözləri, eyni söyüşləri eşidirik”.

Binanın həyətində toplaşan onlarla narkoloji xəstə nalayiq ifadələr işlədərək söhbət edir, bəziləri isə xəstəxananın pəncərəsində paylarına düşən dərman qarışığının hazırlanmasını gözləyirlər. Növbəsi çatanlar isə özü ilə gətirdiyi digər vasitələri də verilən dərmanlara qataraq qəbul edirlər.

Narkomanlarla söhbət: “Gəlirik pəncərədən suyumuzu verirlər, içib gedirik”.

Jurnalistin, müalicə prosesi hər zaman burada həyata keçirilir sualını cavablandıran narkomanlardan biri isə, bəli, müalicə prosesi burada aparılır, deyərək operatora çəkməməsi üçün acıqlanıb.

Vəziyyəti həm də xəstəxanadan öyrənməyə çalışdıq. Özünü narkoloji dispanserin əməkdaşı kimi təqdim edən şəxsin fikirlərini olduğu kimi təqdim edirik.

Həkim: “Orada istədik ki, köşk tikək, görünməsinlər pəncərənin qabağında, lakin buna icazə vermədilər.

Müxbir: Bəs onlar burada yaşayanlara təhlükə yarada bilərmi?

Həkim: “Ondan heç kim sığortalanmayıb, ondan əlavə belə dispanserlərin yaşayış ərazisində olması düzgün deyil”.

Sakin: “Sakitlik olsun, bunu ayrı yerdə aparıb quraşdırsınlar, burada istəmirik”.

Bəli, sakinlərin də, dispanserdə çalışanların da dedikləri eynidi. Deməli, vəziyyətdən Səhiyyə Nazirliyi də xəbərsiz deyil. Dispanserin burdan köçürülməsi də təbii ki, nazirliyin səlahiyyətində olan məsələdir. Bu kiçik nəfəsliyi nəfəs aparatı kimi görən, beyni dumanlıların yaşadıqları reanimasiya məhəlləsinin dəyişilməsi planlaşdırlırmı sualına isə təəssüf ki, cavab ala bilmədik.