“Çox üzgünük” – Ailəsində ağır itki baş verən Gülyanaq Məmmədova – VİDEO

25 2019 12:13

ARB TV-nin “Elgizlə İzlə” verilişində əməkdar artist Gülyanaq Məmmədova ilə telefon bağlantısı yaradılıb.

Ailələrində itki baş verən əməkdar artist üzgün olduqlarını deyib:

“Qəza Yevlax ərazisində baş verib. Maşında bacımın yoldaşı və 4 gənc oğlan olub. Onlardan ikisi bacımın övladı, digər ikisi isə başqa qohumumun uşaqlarıdır. Uşaqların biri hal-hazırda yanımdadır, vəziyyəti yaxşıdır. Amma bacımın kiçik oğlunun səhhəti bir az ağırdır, əməliyyat olunmalıdır. Çiyin sümüyündə problem var. Gənclərdən Turan adlı qohumum sabah əməliyyat olunacaq. Kürəkənimizə görə çox üzgünük. Gözəl insan idi. Onu həmişə özümüzə qardaş bilmişik. Heç kim bilmir sabah başına nə gələcək”.

Qeyd edək ki, Gülyaz və Gülyanaq Məmmədovanın digər bacısının həyat yoldaşı da avtomobil qəzası nəticəsində dünyasını dəyişib.