Samirin qardaşının yalanı ortaya çıxdı: “Evi satıb o ailəni məhv etdi” - VİDEO

25 2019 12:08

ARB TV-nin “Elgizlə İzlə” verilişində maraqlı anlar yaşanıb.

Belə ki, müğənni Samir Cavadzadənin keçmiş qonşusu studiyaya zəng edərək ifaçının qardaşı Ramin haqqında həqiqətləri 
açıqlayıb:

“Sözüm o ailəni yox edən Raminədir. Onların evlərini satdırıb, getdi Rusiyaya. Ailəsinə dedi ki, barmaqlarını kəsiblər. Samir anası ilə birgə Rusiyanın küçələrinə düşüb Ramini axtardılar. Gedib gördülər ki, Raminin ətrafında pis insanlar var, onun gözünü çıxarıblar. Ramin, 40-a yaxın yaşı olan adama ana baxmalıdır? Utanmırsan? Özünü qınasın. Belə həyata düşməyəydi. Hansı evdən danışır? Onların evi var? Anası bacısıgildə qalır. Samir də kirayə yaşayır. Deyir, Samirə köməkliklər edib? Hansı köməklikdən danışır. Sənə edilib, sən heçnə etməmisən. Onlar məhlənin ən gözəl ailəsidir. O ailəni sən yox etdin. Diri ikən ölü ailə etdin. Özü-özünü o günə salıb.”

Qeyd edək ki, verilişin ötən buraxılışında “Elgizlə İzlə”yə müraciət edən ifaçı Samir Cavadzadənin qardaşı Ramin Cavadzadə səfil həyat sürdüyünü, xəstə olduğunu və köməyə ehtiyacı olduğunu bildirib.