Müğəninin zibillikdə yaşayan qardaşı DANIŞDI: “Atam öldükdən sonra məni qovdular” – VİDEO

24 2019 12:01

ARB TV-nin “Elgizlə İzlə” verilişinə müraciət edən tanınmış müğənni Samir Cavadzadənin qardaşı Ramin vəziyyətinin çətin olduğunu və kömək istədiyini deyib:

“Mən Rusiyada olanda evdə nəsə problem olanda və yaxud, elə şəxsən Samirin özünün maddi problemi olanda mənə ağız açıb. Köməklik etmişəm. İndi mən çöllərdəyəm. Pis həyat sürmüşəm. Atamızın ölümündən sonra məni buradan qovdular. Dedilər, çıx get. Getdim Rusiyaya. Xəstəyəm. Müalicə olunmalıyam. Yolun ortasında bəzən huşum gedir, yıxılıram. Məhlədə kimsə kömək etmək istəyirsə, bir şey alır və ya, yemək gətirir”.