“Ödürdü və suya atdı” – 12 bıçaqla qətl tərədən cinayətkarın qurbanı olan MƏHBUS – VİDEO

23 2019 11:47

ARB TV-nin “Rezonans” proqramında bu dəfə məhkum Azad Bəhbidov həyatından danışılıb.

Azad Bəhbidov: – Məhkum (Cəzası- 15 il): “Türkmənistanda əsgərliyi başa vurandan sonra ali təhsil almaq istədim. Qazaxıstandakı dayım mənə Tibb Universitetində oxumağa kömək etməli idi. Azərbaycanda əmim var idi. O deyirdi ki, yaxşı şəhərdir. Bakını görmək istəyirdim deyə, yolu Azərbaycandan getməyi yoxladım. Cəlilabada cinayət ortağımın qayınıgilə qonaq getdik. Cinayət ortağım mənə dedi ki, bir yer var ora gedək, gələk. Getdiyimiz yerdə fermalar var idi. Bilmirdim ora niyə getmişdik. Mənə dedi ki, gözlə gəlirəm. Həmin yerdə bir oğlan dayanmışdı. Getdi ona 12 dəfə bıçaq vurdu. Mən də istədim ki, özümü çatdırım və aralayım. Gördüm ki, oğlan keçinir. Öldürdü və suya atdı. Mən sadəcə "tras" yolu bilirdim. Maşına oturdum və Bakıya gəldim. Qaldığım kirayə evə getdim. Artıq polislər orda idilər. Məndən qabaq o tutulmuşdu. Məhkəmədə ifadəsində dedi ki, türkmən öldürdü, qaçdı. Guya bir bıçağı o, qalanını isə mən vurmuşam. Öldürdüyü adamın telefonunu cibinə qoyub getmişdi. Biləsuvarın mərkəzində Post Patrul əməkdaşları görüb ki, özünü şübhəli aparır. Üzərinə baxış keçirilən zaman telefon üstündən çıxıb. Telefon sönülü olub. Polislər sual verib ki, telefonu niyə söndürmüsən? Ondan sonra polislər telefonu açıblar. Telefondan açıldan sonra zəng gəlib. Zəng edən oğlunu soruşub, polislər isə oğlunun kimliyini soruşanda deyilib ki, Əliyev Elçindir. Ondan sonra şöbəyə aparıblar. Daha sonra iş açılıb. Onlar əvvəlcədən aralarında plan qurublar. Planına görə həmin şəxsi qətlə yetirib qaçandan sonra mən də Türkmənistana getməli idim. Sonra da onlar rahatlıqla, “Türkmən öldürdü qaçdı” deyə biləcəkdilər. Hadisə 2005-ci ilin aprelin 5-6-sı olub. 10 ildən sonra Yalamada qeyri-qanuni yolla sərhəddi keçmək istəyəndə tutdular. Ona ömürlük, mənə isə 15 il həbs müddəti verildi.”