Qadağan olunmuş siqaret satışı: Uşaqlarımız təhlükədə - VİDEO

20 2019 16:55

Tək-tək satış, xüsusən üzərində böyük miqdarda pul olmayan uşaq və yeniyetmələrin siqaret arzularını reallaşdırır.

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin: “
Çəkən adam qutu ala bilmir. Məcburdur tək-tək alsın. Və yaxud satıcı öz malını satmaq üçün üzdə də olmasa, aşağıda tək-tək satacaq. Bunun qarşısını ala bilmirik. Ən yaxşısı odur ki, ümumiyyətlə çəkməyin qarşısı alınsın”

1 ədədi 10-20 qəpiyə satılır. Qiymətin belə olması bir çox gəncin siqaret çəkməyə meylini artırır.

Nabil Seyidov – Ekspert: “Tək-tək alan əlbəttə ki, uşaqlarr, 18 yaşa qədər və gənclərdir. Onların aralarında tələbələr də çoxluq təşkil edir. Uşaqlara siqaretlərin, tütün məmulatlarının əlçatanlılığını biz məhdudlaşdırmalıyıq. Və bunun da yollarından biri odur ki,  siqaret-tütün məmulatları tək-tək satıla bilməz. İlk növbətə uşaqlara, ikinci növbədə isə ümumiyyətlə təktək satıla bilməz”.

Tütün və tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanunda Azərbaycanda siqaretlərin ədədlə satışı qadağandır.

Musa Quliyev – Deputat: “Bu qanuna görə, siqaretlərin ədədlə, yəni qutusundan kənar çıxarıb, bir-bir satılması qadağandır. Uşaqların tütün məmulatlarına əlçatanlılığının azaldılması nəzərdə tutulur. Çünki uşaqlarda adətən pul çox olmur ki, onlar bötüv qutu alsınlar. 
Ona görə də bəzən görürsən ki, yeniyetmələr tək-tək siqaret almağa üstünlük verirlər”.

Köşklərdə siqaretin ədədlə satışı daha çox tələbə və məktəblilərin olduğu ərazilərdədir.

Nabil Seyidov – Ekspert: “Burada çox mühüm məqam cərimələrin artırılmasıdır. Bundan əlavə tütün məmulatlarının qiymətlərinin daha da artırlması vacibdir ki, nə tək-tək, nə də qutu kimi də ala bilməsinlər”.

Musa Quliyev – Deputat: “Ümumiyyətlə tütün və tütün məmulatları haqqında Qanun layihəsi uşaqların, yeniyetmələrin gənc nəslin qorunmasına xidmət edir. Qanunun əsas məqsədi ölkədə tütünsüz mühit yaratmaq, uşaqlar və yeniyetmələr tütünlə və tütün tüstüsü ilə təmasda olmamasıdır”.

Qeyd edək ki, siqaretlərin ədədlə satışına görə, inzibati xətalar məcəlləsində 30 manatdan 50 manata qədər cərimələr nəzərdə tutulub.