Qəzaya düşən Sayqa Cahid canlı yayımda səhhətindən DANIŞDI - VİDEO

20 2019 16:54

Azərbaycanlı aparıcı-prodüser Sayqa Cahid qəzaya düşüb.

ARB TV-nin “Üçəlli” proqramının canlı efirində prodüserlə telefon bağlantısı yaradılıb.

Telefon bağlatısı zamanı S. Cahid hadisə haqqında özü məlumat verib:

"Mənə göz dəydi. Yaxşı ki, Həsrət mənə efir zamanı üzərlik yandırdı. Şükür ki, avtomobilin hava yastıqları açıldı və sadəcə əzildim. Yaxşı qurtardım. O maşının içindən sağ çıxmağım özümə də müəammalıdır. Allah heç kimə o şoku yaşatmasın".

Telefon bağlatısı zamanı efirə qonaq olan aktrisa Oksana Rəsulova və müğənni Niyam Salami də Sayqa Cahidə keçmiş olsun diləklərini çatdırıb. Söhbət əsnasında Niyam Salami də ötən gün qəza keçirdiyini deyib.